Vergi xidməti
Vergi xidməti – “AZİMUT AUDİT” 10 illik peşəkar vergi təcrübəsi ilə Beynəlxalq saziş və Vergi Məcəlləsinin müddəalarını nəzəri bilgilər və praktiki həll üsulları ilə daha peşəkarlıqla yerinə yetirir. Məqsədimiz qanunvericiliyə edilən mütəmadi dəyişiklikləri düzgün formada biznesinizin idarə edilməsinə tətbiq etməkdir. Həmçinin, vergi qanunvericiliyi ilə müəyyən edilmiş kameral və səyyar vergi yoxlamaları zamanı, o cümlədən operativ vergi nəzarəti tədbirlərində Sizin hüquqlarınızın qanun çərçivəsində müdafiəsi üçün səlahiyyətli nümayəndəniz olaraq sənədləşdirmə prosesində və real vergi öhdəliklərinizin tənzimlənməsində iştirak edilir.
- Qanunvericiliklə müəyyən edilmiş bütün vergi bəyannamələrinin, Muzdlu və qeyri muzdu işlə əlaqədar vahid bəyannamənin (Vergi, MDSS, İS, İTS) dəqiqliklə və qanunvericiliklə müəyyən edilmiş müddətədək Vergi orqanına təqdim edilməsi;
- Vergi qanunvericiliyinin (inzibatçılığının) tətbiqi, o cümlədən hesablanmış vergilərin azaldılması və ya ləğv edilməsi ilə əlaqədar vergi orqanına sorğuların və müraciətlərin göndərilməsi;
- Sahibkarlıq fəaliyyəti ilə əlaqədar bütün sektorlar üzrə Statistika hesabatlarının təqdim edilməsi;
- İkiqat vergitutma və beynəlxalq sazişlərlə tənzimlənən məsələlər üzrə vergi məsləhətlərinin verilməsi;
- Vergilərin əvvəlcədən planlaşdırılması və optimallaşdırılması üzrə dəqiqliklə hesablamaların aparılması;
- Vergi qanunvericiliyinin tətbiq olunması üzrə ekspert rəyinin verilməsi üzrə konsaltinq xidməti;
- Vergi qanunvericiliyi ilə tənzimlənən digər hüquqi və iqtisadi konsaltinq xidmətlərinin göstərilməsi.



İşinizi bizə etibar edin
Biznes məlumatlarınızı doldurun və əməkdaşlarımızdan dərhal qiymət təklifi alın.
